Çin sənayesinin "koronavirus itkiləri" - VİDEO

Çin sənayesinin
Sənaye müəssisələrinin gəlirləri 38,3 faiz azalıb

Çinin orta və iri sənaye şirkətlərinin gəlirləri yeni növ koronavirus ("COVID-19") epidemiyası ilə əlaqədar xeyli azalıb. Çin Dövlət Statistika Komitəsinin məlumatına əsasən, illik dövriyyəsi 20 milyon yuandan, təxminən 2 milyon 840 min ABŞ dollarından yuxarı olan şirkətlərin gəlirləri yanvar-fevral aylarında ötən ilin eyni dövrü ilə müqayisədə 38,3 faiz azalıb.

REAL-ın Çin Bürosu xəbər verir ki, hesabat dövründə bir çox müəssisə epidemiya ilə əlaqədar fəaliyyət göstərməyib. Digər amillərdən - məhsulların maya dəyərinin yüksəlməsi, satış qiymətlərinin azalması da müəssisələrin gəlirlərinin azalmasına səbəb olub.

Komitənin məlumatında deyilir ki, 41 sənaye sahəsinin 37-də mənfəət azalıb. İstehsal sektorunda mənfəətin azalması 42,7, mədənçilikdə isə 21,1 faiz olub. Dövlətə məxsus şirkətlərin mənfəəti 32,9 faiz, özəl müəssisələrinki isə 36,6 faiz azalıb.

Qeyd edək ki, Çində sənaye ölkənin ümumi daxili məhsulunun 39 faizini, məşğulluğun isə 27 faizini təmin edir. Dekabrın son günlərində Çinin Uhan şəhərində aşkarlanan yeni növ koronavirus sürətlə yayılaraq Çində həyatın digər sahələri kimi iqtisadiyyatda da ciddi tənəzzülə səbəb olub. Ekspertlər Çin hökumətinin ümumi daxili məhsulun cari ildə 6 faizlik artım hədəfinə nail olmasını real hesab etmirlər. Epidemiyanın mənfi təsiri fonunda Çinin ilin ilk 2 ayında xarici ticarəti ötən ilin eyni dövrü ilə müqayisədə 11 faiz azalıb.

Digər xəbərlər
Bu gün

Bütün xəbərlər

Dünən