Könüllülərin “evdə qal” aksiyası - VİDEO

Könüllülərin “evdə qal” aksiyası - VİDEO
Qaradağda sosial izolyasiya tədbirlərinə könüllülər də cəlb edilib

Artıq bir neçə gündür ki, karantin rejiminin tədbiq olması ilə əlaqdar olaraq polislər sakinlərlə maarifləndirici söhbətlər aparır. Artıq bu işdə onlara yardımçı olmaq üçün icra hakimiyyətinin könülləri də prosesə qoşulub.

Ölkədə tədbiq olunan karantin rejiminin icrası ilə əlaqdadar olaraq polis və icra hakimiyyətinin könülüləri birlikdə Qaradağ rayonunun Lökbatan qəsəbəsində sakinlərlə tövsiyə xarakterli söhbətlər aparıb, sakinlərə evlərində qalmağı məsləhət görüblər.

Daha sonra yaşı 65-dən yuxarı olan sakinlərə evlərinə qayıtmaq tövsiyyə olunub, əllərində ərzaq məhsulları aparan yaşlı şəxslərə isə könüllülər tərəfindən yardım edilib.

Parklara girişin qadağan edilməsi ilə əlaqdar olaraq, Lökbatanda parkların girişində dəmir məhəccərlər qoyulub. Polis əməkdaşları isə qadağalara əməl etməyənlərə qarşı ərazidə xidmət aparacaq.

Digər xəbərlər
Bu gün

Bütün xəbərlər