Xüsusi karantin rejimi gücləndirilir - VİDEO

Xüsusi karantin rejimi gücləndirilir - VİDEO
Bugündən "Bakı Metropoliteni"nin iş qrafikində dəyişiklik edilir

Nazirlər Kabineti yanında Operativ Qərargahın qəbul etdiyi qərara əsasən martın 29-dan saat 00-00dan etibaən ölkə ərazisində tətbiq olunan xüsusi karantin rejiminin gücləndirilməsi ilə "Bakı metropoliteni"nin fəaliyyətində müəyyən məhdudiyyətlər tətbiq ediləcək.

Bundan başqa qərara əsasən Xüsusi karantin rejimi dövründə xüsusi təyinatlı, o cümlədən təcili tibbi yardım, qəza-bərpa, xilasedici, kənd təsərrüfatı, sosial xidmət məqsədli, habelə yük daşıyan avtomobillərin hərəkəti istisna olmaqla, rayonlararası və şəhərlərarası nəqliyyat hərəkəti tam dayandırılsın.

Baki, Sumqayıt şəhərləri və Abşeron rayonunun hüdudları daxilində hərəkət sərbəstdir.

Ticarət obyektləri üzrə Xüsusi karantin rejimi dövründə supermarketlər, ərzaq mağazaları və apteklər istisna olmaqla, bütün ticarət obyektlərində, müştərilərə yerində xidmət dayandırılsın, çatdırma və onlayn satışlara məhdudiyyətsiz icazə verilsin.

İctimai iaşə obyektləri üzrə:Xüsusi karantin rejimi dövründə bütün ictimai iaşə obyektlərində, o cümlədən restoran, kafe və çay evlərində müştərilərə yerində xidmət dayandırılsın və evə götürmə, çatdırma, və onlayn satışlara məhdudiyyətsiz icazə verilsin.

Əhalinin hərəkəti üzrə:Bütün bulvar, park və istirahət məkanlarına insanların sıxlığını tənzimləmək məqsədilə giriş məhdudlaşdırılsın.

Digər xəbərlər
Bu gün

Bütün xəbərlər