Laqeydlik öldürür! - VİDEO

Laqeydlik öldürür! - VİDEO
Koronavirus Azərbaycanda daha bir ölümə səbəb oldu

Koronavirus xəstəliyinin vaxtında aşkarlanmaması və müalicəsinə başlanılmaması ölümlə nəticələnir.

Bakıda 69 yaşlı ürək xəstəliyindən əziyyət çəkən qadın günlərlə evində öskürək və boğulma əlamətləri ilə yatıb. Ailəsi tibbi yardıma yalnız son anda müraciət edib.

Xüsusi rejimli xəstəxanaya ağır vəziyyətdə yerləşdirilən qadının vəziyyəti nəzarətə götürülüb və intensiv müalicə tədbirlərinin həyata keçirilməsi davam etdirilib. Bütün səylərə baxmayaraq, həmin şəxsin həyatını xilas etmək mümkün olmayıb.

Digər xəbərlər
Bu gün

Bütün xəbərlər