Azərbaycanda uşaqlar üçün onlayn təlim keçiriləcək

Azərbaycanda uşaqlar üçün onlayn təlim keçiriləcək

Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi uşaqlar üçün "Həyati bacarıqlara yiyələn!" mövzusunda onlayn təlim keçirəcək.

Dövlət Komitəsindən bildirilib ki, təlim aprelin 1-i saat 14:00-da baş tutacaq.

Bildirilib ki, təlim müasir dövrün tələblərinə uyğun olaraq bilik və bacarıqların əldə edilməsi, bu bacarıqların inkişaf etdirilməsi və onlardan səmərəli istifadə yolları məsələlərini əhatə edəcək.

Həmçinin onlayn təlim Dövlət Komitəsinin rəsmi "Facebook" səhifəsində canlı yayım formasında keçiriləcək, verilmiş suallar cavablandırılacaq.

Qeyd edək ki, uşaqlar üçün onlayn təlim Dövlət Komitəsinin əməkdaşı, Böyük Britaniyada Beynəlxalq siyasət (Qloballaşma, Yoxsulluq və İnkişaf) sahəsi üzrə magistr təhsili almış və bu sahədə beynəlxalq təcrübəsi olan Fərid Ədilov tərəfindən aparılacaq.

Xatırladaq ki, hazırda davam edən koronavirus pandemiyası və bununla əlaqədar ölkədə elan olunan xüsusi karantin rejimi qaydalarına uyğun olaraq Dövlət Komitəsi tərəfindən bir sıra tədbirlərin onlayn formada keçirilməsi planlaşdırılır.

REAL

 

Digər xəbərlər
Bu gün
Dünən

Bütün xəbərlər