“Məsuliyyətli ol, evdə qal!” (VİDEO)

“Məsuliyyətli ol, evdə qal!” (VİDEO)
Bulvar ərazisinə xəbərdarlıq və tövsiyəedici bilbordlar quraşdırılıb

Bununla bağlı genişmiqyaslı tədbirlərə başlanılıb. Bilbordlar bütün Bulvar boyunca 16 km-lik ərazidə yolkənarı hissələrdə quraşdırılıb. Bu bilboldlar iki hissəyə bölünür, bunlardan birincisi qırmızı rəngdə olan xəbəradredici bilbordlardır ki, burada “məsuliyyətli ol evdə qal” çağırışı edilərək əsasən avtomobillərin keçdiyi yolların qırağında sürücülərin rahat görə biləcəyi yerlərdə quraşdırılıb.

Digər bilbordlar isə məlumatlandırıcı və maarifləndirici xarakter daşıyır ki, bunlar da əsasən avtobus dayanacaqlarında və bulvara keçid olan istiqamətlərdə və onların arasındakı məsafələrdə yerləşdirilib.

Dənizkənarı Bulvar İdarəsinin mətbuat katibi Günay Yelmarqızı bildirib ki, paytaxtın ən böyük parklarından biri olan dənizkənarı milli parkı paytaxt sakinlərinin gəzinti üçün ən çox üz tutduğu məkanlardan biri olduğuna görə bu günlərdə bulvara baş çəkən vətəndaşlara da rast gəlinib.

Qeyd edək ki, bundan əvvəl isə Dənizkənarı milli parkı ərazisində yerləşən kafe,restoran və uşaq atraksionlarının fəaliyətini dayandırılıb. Məlum qərardan sonra qərardan sonra təkcə bulvar ərazisi deyil digər rayon və qəsəbələrdə də istirahət parklarının ərazisi müxtəlif lent və qurğularla məhdudlaşdırılaraq, giriş qadağan edilib. Həmçinin bütün rayonların polis əməkdaşları parklarda və istirahət məkanlarında xidmət apararaq bu barədə məlumatı olmayan şəxsləri məlumatlandırır və onların evlərinə getməsini tövsiyyə edirlər.

Biz də insanlara çağırış edərək bunu demək istəyirik ki, zəruri olmayan təqdirdə evlərindən çıxmasınlar, əgər hər hansı səbəbə evdən çıxırlarsa nazirlər kabineti yaınnda operativ qərargahın təlimat və tövsiyyələrinə uyğun hərəkət etsinlər.

Digər xəbərlər
Bu gün
Dünən

Bütün xəbərlər