Virusla “əlbir olanlar“ (VİDEO)

Virusla “əlbir olanlar“ (VİDEO)
Polis karantinə məhəl qoymayanlara qarşı cəza tətbiq edəcək

Bütün dünya koronavirusun cəngindən qurtulmağa çalışarkən,ölkəmizdə də qabaqlayıcı tədbirlər biraz da gücləndirildi.

Aidiyyatı qurumlar,polis həmçinin daxili qoşunların qüvvələri insanlar karantin rejiminə riayət etsinlər deyə səfərbər oldular. Gün ərzində paytaxtın bir neçə ərazisində müşahidələr apardıq.Aptekə getmək üçün çıxmışam deyən bu yaşlı şəxs belə azı yarım saat metronun həndəvərində boş-boş dayanaraq,sanki virusu satın alır.Həmçinin ,Yazın gəlşini səbəb göstərib,hava almağa çıxanlar,ara məsafəni gözləmədən bir-birinə yaxın dayanan insanlar, aldıqları bu havanın sonradan onlara baha başa gələcəyindən xəbərsizdirlər.

Hər bir məsuliyyətsiz addım, yeni yoluxma, yeni ölüm faktı ilə bizi qarşı-qarşıya qoyur.

REAL

Digər xəbərlər
Bu gün

Bütün xəbərlər