Türkiyədə koronavirusdan 24 saat ərzində 46 nəfər öldü

Türkiyədə koronavirusdan 24 saat ərzində 46 nəfər öldü
Bir gündə 2 mindən çox insanda koronavirus aşkarlandı

Səhiyyə naziri Türkiyədə “COVİD-19” səbəbindən ölənlərin sayını açıqlayıb.

REAL-ın Türkiyə bürosu xəbər verir ki, göstərici son 24 saat ərzində 46 nəfər artaraq 214-ə çatıb.

Sutka ərzində 2704 nəfərə koronavirus diaqnozu qoyulub. Hazırda Türkiyədə 13 min 531 koronavirus yoluxmuş şəxs var. Nazirlik 243 nəfərin bu virusdan sağalaraq evə buraxıldığını da bildirib.

Digər xəbərlər
Bu gün
Dünən

Bütün xəbərlər