Həsən Ruhani: "İrandakı koronavirus xəstələri özlərini təcrid etməyə məcburdurlar"

Həsən Ruhani:

“İrandakı koronavirus xəstələri özlərini təcrid etməyə məcburdurlar”.

REAL xəbər verir ki, bu sözləri İran prezidenti Həsən Ruhani jurnalistlərə müsahibəsində deyib.

Onun sözlərinə görə, vətəndaşlar testin müsbət nəticə verdiyi halda özlərini təcrid etməlidirlər: “Əgər özünü yaxşı hiss etmirsə, təbii ki, xəstəxanaya getsin, yaxşı hiss edirsə, evdə karantində qalsın”.

Prezidentin sözlərinə görə, vəziyyətindən asılı olmadan xəstə adam çölə çıxmamalıdır.

O, təcridetmə rejimini pozanların qanuna müvafiq şəkildə cəzalanacaqlarını deyib.

Qeyd edək ki, İranda ötən sutka ərzində yeni koroanvirus (COVID 19) nəticəsində ölənlərin sayı 141 nəfər artaraq 2899-a çatıb.

Bunu İranın Səhiyyə, Müalicə və Tibbi Təhsil Nazirliyinin mətbuat xidmətinin rəhbəri Kiyanuş Cahanpur deyib.

Nazirlik rəsmisi ötən 24 saat ərzində İranda 3 111 nəfərin koronavirusa yoluxduğunu və ümumilikdə yoluxanların sayının 44 606 nəfərə yüksəldiyini açıqlayıb.

 

Digər xəbərlər
Bu gün

Bütün xəbərlər