Antoniu Quterreş koronavirusu II Dünya Müharibəsindən bəri ən ağır böhran adlandırıb

Antoniu Quterreş koronavirusu II Dünya Müharibəsindən bəri ən ağır böhran adlandırıb

BMT-nin Baş katibi Antoniu Quterreş koronavirusun yaratdığı qlobal böhranı İkinci Dünya Müharibəsindən bəri ən ağır hadisə adlandırıb.

APA “RİA Novosti”yə istinadən xəbər verir ki, o bunu “bir tərəfdən dünyada hər kəs üçün təhlükə yaradan bir xəstəlik”, digər tərəfdən iqtisadi tənəzzüllərə gətirib çıxaran səbəb kimi qiymətləndirib.

Quterreşin fikrincə, koronavirusun yaratdığı böhran qeyri-sabitliyi dərinləşdirə və qarşıdurmanın artmasına səbəb ola bilər.

“Bu, bizim İkinci Dünya Müharibəsindən bəri qarşılaşdığımız ən ağır böhranın olduğuna inanmağımıza imkan verir”, - Baş katib belə deyib.

REAL

Digər xəbərlər
Bu gün
Dünən