65 yaşdan yuxarı olanlara xüsusi qayğı - VİDEO

65 yaşdan yuxarı olanlara xüsusi qayğı - VİDEO
"Regional İnkişaf" İctimai Birliyi və BDU birgə sosial aksiya keçirib

Ölkəmizdə koronavirusun yayılmasının qarşısınn alınması üçün görülən tədbirlərə, təşkil olunan yardım aksiyalarına, ölkə rəhbərliyinin çağırışlarına dəstək məqsədi ilə Heydər Əliyev Fondunun “Regional İnkişaf” İctimai Birliyi ilə Bakı Dövlət Universiteti birgə sosial aksiya keçiriblər. . Yardım aksiyası çərçivəsində Bakı şəhərinin müxtəlif ərazilərində yaşı 65-dən yuxarı olan xüsusi risk qrupuna aid 100 şəxsə müxtəlif ərzaq məhsullarından ibarət sovqat paylanılıb.Aksiya zamanı yardım olunanlara Koronavirus ( infeksiyasının ölkədə yayılmasının qarşısının alınması məqsədilə Nazirlər Kabineti yanında Operativ Qərargah tərəfindən ölkədə elan edilən xüsusi karantin rejiminin qaydaları ilə bağlı təhlükəsizlik protokoliu paylanılıb.Qeyd edek ki, 2020-ci ilin martın 24-dən aprelin 20-dək ölkəmizdə elan edilən xüsusi karantin rejimi müddətində evdən 65 yaşdan yuxarı şəxslərin evdən çıxması qadağan edilib

REAL

Digər xəbərlər
Dünən

Bütün xəbərlər