Azərbaycan neftinin qiyməti artıb - VİDEO

Azərbaycan neftinin qiyməti artıb - VİDEO
"Azeri Light" markalı neft 0,20 dollar artaraq, 19,43 dollar təşkil edib

Azərbaycanın dünya bazarına çıxararaq satdığı "Azeri Light" markalı xam neftin qiyməti 0,20 ABŞ dolları artaraq bir barelinin qiyməti 19,43 ABŞ dolları təşkil edib.İqtisadçı ekspert Elşad Məmmədov Real-a bildirdi ki, Azərbaycan neftinin dünya bazarında qiymətinin artıma doğru irəliləməsi milli iqtisadiyyatımızın inkişafı nöqteyi nəzərindən müsbət haldır.

Xatırladaq ki, "Azeri Light" neftinin minimal qiyməti 2001-ci ilin dekabrında (19,15 ABŞ dolları), maksimal qiyməti isə 2008-ci ilin iyulunda (149,66 ABŞ dolları) qeydə alınıb.

REAL

Digər xəbərlər
Dünən

Bütün xəbərlər