Müntəzəm avtobus xətləri ləğv edilə bilər - VİDEO

Müntəzəm avtobus xətləri ləğv edilə bilər - VİDEO
BNA-dan xəbərdarlıq

Yeraltı nəqliyyatda virusun yayılma riskinin yüksək olduğunu düşünərək, martın 31-dən etibarən metronun fəaliyyətinin müvəqqəti olaraq dayandırılmasına qərar verildi.

Bu da öz növbəsində,bəzi avtobuslarda,əsasən səhər saatlarında sıxlığın yaranmasına səbəb oldu.Bakı Nəqliyyat Agentliyindən Reala bildirildi ki,avtobuslarda sıxlığın müşahidə olunması ,avtobus çatışmazlığından deyil,bəzi insanların "evdə qal" çağırışlarına məhəl qoymamaması ucbatındandır.

Koronavirus pandemiyası bütün dünyada idarəolunmaz məcrada irəliləyərkən,ölkəmizdə də onun qarşısının alınması üçün görülən tədbirlər sərtləşdiriləcək.Mais ağayev bildirdi ki,avtobuslarda sıxlıq davam edərsə,yaxın günlərdə müntəzəm avtobus xəttləri ləğv edilə bilər.

Qeyd edək ki,gün ərzində polis həmçinin daxili qoşunların qulluqçuları şəhərdə reyd keçirir,yaşı 65-dən yuxarı şəxslər evə qaytarılır,digər vətəndaşlara isə evlərinə qayıtmaqları üçün təlimatlar verilir.

REAL

Digər xəbərlər
Dünən

Bütün xəbərlər