Xəzər rayonunda dezinfeksiya işləri (VİDEO)

Xəzər rayonunda dezinfeksiya işləri (VİDEO)
Virusa qarşı mübarizə tədbirləri operativ şəkildə icra olunur

Operativ Qərargahın son göstərişlərinə uyğun olaraq koronovirus (COVID-19) pandemiyasına qarşı mübarizə tədbirləri Xəzər rayonu ərazisində də operativ şəkildə icra olunur.

Xəzər Rayon İcra Hakimiyyətinin başçısı Elşən Salahov, başçının müavinləri və Aparatın məsul işçilərinin iştirakı ilə rayonun Mərdəkan və Binə qəsəbələrində olaraq,
sakinlərə şəxsi gigiyena qaydalarına əməl etməyi, özünütəcrid tədbirlərinə uyğun davranmağı, yalnız ciddi ehtiyac yarandıqda evdən çıxmağı, digər şəxslərlə minimum kontaktda olmağı, insanların sıx toplaşdığı yerlərə getməməyi tövsiyə edib.

Həmçinin, sakinlərə spirt, tibbi maskalar, əlcəklər və maarifləndirici çap materialları paylanılıb.

Xəzər rayon Polis İdarəsinin əməkdaşları ilə birlikdə müşahidələr aparılıb.

Eyni zamanda, Xəzər Rayon İcra Hakimiyyəti nəzdində yaradılmış Operativ Qərargahın üzvlərindən ibarət mobil qruplar rayon ərazisində küçələrdə və yaşayış binalarında intensiv şəkildə dezinfeksiya işlərini gücləndiriblər.

REAL

Digər xəbərlər
Bu gün

Bütün xəbərlər