Gürcüstanda koronavirusdan ölən şəxs azərbaycanlıdır - YENİLƏNİB

Gürcüstanda koronavirusdan ölən şəxs azərbaycanlıdır - YENİLƏNİB

Gürcüstanda koronavirusdan ölən qadın azərbaycanlıdır. 

“Report”un yerli bürosu xəbər verir ki, o, Marneuli rayonunun Kəpənəkçi kənd sakini olub.


*** 13:37

Gürcüstanda koronavirusa yoluxanlardan biri ölüb.

“Report”un yerli bürosu xəbər verir ki, bu barədə Gürcüstan hökumətinin koronavirusla bağlı xüsusi rəsmi saytında bildirilib.

Dünyasını dəyişən pasiyent 79 yaşlı qadındır. O, martın 31-də xəstəxanaya yerləşdirilib. Qadın bir sıra digər xəstəliklərdən də əziyyət çəkirmiş.

Pasiyentin Marneulidən olduğu bildirilir. 

Bu günə qədər Gürcüstanda koronavirusa 157 nəfər yoluxub ki, onların da 28-i tam sağalıb.

REAL

Digər xəbərlər
Bu gün

Bütün xəbərlər