ABŞ-ın Cənubi Koreyadakı qoşunlarında koronavirusa 18 yoluxma qeydə alınıb

ABŞ-ın Cənubi Koreyadakı qoşunlarında koronavirusa 18 yoluxma qeydə alınıb

ABŞ-ın Cənubi Koreyadakı hərbi kontingentində çalışan daha bir amerikalının yeni növ koronavirusa (COVID-19) yoluxması təsdiqlənib.

AZƏRTAC ABŞ qoşunları qərargahının yaydığı məlumata istinadla xəbər verir ki, bununla da hərbi kontingentdə xidmət edən və çalışanlar arasında virusa yoluxanların sayı 18 nəfərə çatıb.

Virusa sonuncu yoluxan şəxs paytaxt Seula 70 kilometr məsafədə yerləşən Osan bazasında müqavilə əsasında çalışan mülki şəxsdir. O, öz evində karantin alınıb. ABŞ hərbi kontingentinin komandanlığı və Cənubi Koreyada hökuməti həmin şəxsin hərbi bazada yaxın təmasda olduğu şəxslərin müəyyən edilməsi üçün fəaliyyətə başlayıb. Bu, həm də ABŞ hərbi kontingentinin komandanlığının yerləşdiyi Hamfris düşərgəsinə çox yaxınlıqda yerləşən Osan bazasında "COVID-19" infeksiyasına son günlər 2-ci yoluxma faktıdır. Artıq bazanın bir hissəsi bağlanılıb, səhiyyə müdafiəsi səviyyəsi yüksəldilib.

Ümumilikdə, ABŞ-ın Cənubi Koreyadakı bütün hərbi bazalarında risk səviyyəsi ən yuxarı həddə qaldırılıb.

Qeyd edək ki, ABŞ-ın Cənubi Koreyadakı hərbi kontingentində "COVID-19" infeksiyasına ilk yoluxma fevralın son günlərində qeydə alınıb.

REAL

Digər xəbərlər
Bu gün

Bütün xəbərlər