Fermerlərin nəzərinə! (VİDEO)

Fermerlərin nəzərinə! (VİDEO)
Karantin rejimində fermerlərin hərəkəti ilə bağlı xüsusi təlimat hazırlanıb

Nazirlər Kabineti kənd təsərrüfatı və yardımçı sahələrdə fəaliyyət göstərən şəxslərin hərəkətinin təşkili ilə bağlı təlimat qəbul edib.

Təlimatda xüsusi karantin rejimində kənd təsərrüfatı sektorunda çalışan şəxslərin hərəkət qaydaları müəyyənləşdirilib. Sənədə əsasən, fermerlərin xüsusi karantin rejimi qaydalarına riayət etməklə təsərrüfat fəaliyyəti ilə məşğul olması sərbəstdir.

Bəs fermerlərin kənd daxilində, rayon daxilində və rayonlararası hərəkəti necə tənzimlənəcək?

Nazirlər Kabinetinin qəbul etdiyi təlimatın qaydalarını pozan əməkdaşları intizam məsuliyyətinə cəlb olunacaqlar.

Vüqar Hüseynov fermerləri xüsusi karantin rejiminin qaydalarına, təsərrüfat fəaliyyəti zamanı ara məsafənin saxlanması, qoruyucu maska və əlcəklərdən istifadə, dezinfeksiyaedici vasitələrdə istifadə şərtlərinə əməl etməyə çağırıb.

Digər xəbərlər
Bu gün
Dünən

Bütün xəbərlər