İşsizlərə 190 manat veriləcək - VİDEO

İşsizlərə 190 manat veriləcək - VİDEO
İşsiz şəxslərin müvəqqəti məşğulluğu təmin ediləcək

Koronavirus pandemiyasının və bundan irəli gələrək dünya enerji və səhm bazarlarında baş verən kəskin dalğalanmaların ölkə iqtisadiyyatına ,makro iqtisadi sabitliyə ,ölkədə məşğulluq məsələlərinə və sahibkarlıq subyektlərinə mənfi təsirinin azaldılması ilə bağlı bir sıra tədbirlər haqqında Prezident İlham Əliyevin 19 mart tarixli sərəncamının icrası olaraq Nazirlər Kabineti tərəfindən tədbirlər planı təsdiq edilib.

Tədbirlər planında icraçısı Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi olan bir sıra tədbirlər müəyyən edilib.

Həmçinin qeyri-dövlət sektoru üzrə işçilərin əsassız yerə işdən çııxarılması,ixtisarına yol verilməməsi məqsədilə işəgötürənlərlə bağlı qanunvericiliyə uyğun iş aparılması və gündəlik nəzarətin təmin olunması da ƏƏSMN -ə tapşırılıb.

Qeyd edək ki, Dövlət Məşğulluq Orqanlarında işsiz kimi qeydiyyata alınan şəxslərin sayı 200 min nəfəri əhatə edir ki, dövlət büdcəsindən bununla bağlı 70 milyon vəsait ayrılacaq.

Digər xəbərlər
Bu gün
Dünən

Bütün xəbərlər