Meyvə və tərəvəz ehtiyatları var - VİDEO

Meyvə və tərəvəz ehtiyatları var - VİDEO
Koronavirus epidemiyası məhsullarla bağlı qıtlıq yaratmayacaq

Koronavirus epidemiyası Azərbaycanda kənd təsərrüfatı məhsulları olan meyvə və tərəvəzin azalmasına və yaxud qıtlığına səbəb olub olmamasını öyrənmək məqsədi ilə üz tutduq Meyvəli Logistik Mərkəzinə.

Burada şahidi olduq ki, rayon və kəndlərdən gətirilən məhsullar hazırda satılır, bundan əlavə həm də anbarlarda lazımi qədər ehtiyatlar var.

Məsələn: Kartof, soğan, kələm, kök və s. məhsulların qıtlığı yaşanmır. Meyvəli Logistik Mərkəzin meneceri Zahid Əmirov bildirdi ki, yük gətirən maşınlar bir bir xüsusi məhlullarla dezinfeksiya olunur, sürücülərin hərarəti ölçülür daha sonra bazar ərazisinə buraxılır.

Zahid Əmirov onuda qeyd etdi ki, bazar ərazisində insanların istifadə etməsi üçün yüzə yaxın yerdə dezinfeskiyaedici məhlullar yerləşdirilib.

Bundan əlavə bazar ərazisi qabaqlayıcı tədbirlər çərçivəsində xüsusi texnikalar ilə dezinfeksiya olunur.

Digər xəbərlər
Bu gün
Dünən

Bütün xəbərlər