“Azərpoçt“ fərqlənmə nişanı verəcək (VİDEO)

“Azərpoçt“ fərqlənmə nişanı verəcək (VİDEO)
Taksi sürücüləri regionlarda "Azərpoçt" mərkəzlərinə yaxınlaşa bilər

Taksi sürücüləri artıq Azərpoçtdan da fərqlənmə nişanını əldə edə biləcəklər. Bundan sonra onların bir şəhərdən digər şəhərə gedib DANX-ın regional mərkəzinə yaxınlaşmasına ehtiyac qalmır. Sürücülər Azərpoçtun hər regionda olan filialına yaxınlaşaraq fərqlənmə nişanını əldə edə bilərlər.

Bunu REAL-a açıqlamasında Dövlət Avtomobil Nəqliyyatı Xidmətinin mətbuat katibi Nuridə Allahyarova bildirdi.

Onun sözlərinə görə, yeni qayda Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin təşəbbüsü ilə yaradılıb.

Digər xəbərlər
Bu gün
Dünən