Oğurluq edən şəxslər saxlanılıb - VİDEO

Oğurluq edən şəxslər saxlanılıb - VİDEO
Onlar ev və obyektlərdən pul və texniki avadanlıqlar oğurlayıblar

Ağsuda rayonunda silsilə oğurluq hadisəsi baş verib.

Ağsu rayon sakinləri Zülfüqar Talıbov, İlqar Vəliyev və Ağammədov Ağammədov müxtəlif vaxtlarda Ağsu rayon polis şöbəsinə müraciət edərək onlara məxsus evdən,marketdən və topaz mərc oyunları zalından oğurluq olması barədə məlumat veriblər.

Sakinlərin müraciətinə əsasən Ağsu rayon polis şöbəsinin əməkdaşlarının apardıqları təxirəsalınmaz əməliyyat-axtarış tədbirləri nəticəsində məlum olub ki, həmin oğurluğu törədən şəxslər 24 yaşlı Ağsu rayon sakini Hüseyn Dadaşzadə və 25 yaşlı əvvəllər məhkum olunmuş Kürdəmir rayon Pirli kənd sakini Samir Eyvazovdur. Ağsu rayon polis şöbəsinin əməkdaşları onların hər ikisini şübhəli şəxs qismində saxlayaraq polis şöbəsinə gətiriblər.İlkin dirdirmə zamanı onlar etdiklər oğurluq əməlini etiraf ediblər.

Ümumilikdə onlar rayon sakinləri Zülfüqar Talıbovun yaşadığı evdən 1265 manat İlqar Vəliyevə məxsus Ağsu rayonunda yerləşən “ORXAN” marketdən 472 manat Dəyanət Ağammədova məxsus “Topaz” mərc oyunları zalından isə 150 manat məbləğində müxtəlif çeşidli mallar o cümlədən ərzaq malları, texniki avadanlıqlar, ev əşyaları və lotereyalar oğurlayaq vətəndaşlara 2000 manata yaxın ziyan vurublar.Hazırda faktla bağlı Ağsu rayon polis şöbəsinin istintaq qrupunda cinayət işi açılıb və istintaq işləri aparılır.

Bundan başqa Ağsu rayon polis şöbəsində onların digər cinayət əməlinin olub olmaması barəsində də araşdırmalar davam etdirilir.

Digər xəbərlər
Bu gün

Bütün xəbərlər