Masazır-Novxanı yolu yenidən qurulur (VİDEO)

Masazır-Novxanı yolu yenidən qurulur (VİDEO)
Yolun 2.5 km-lik hissəsinin yenidən qurulmasına start verilib

Masazır-Novxanı avtomobil yolunun 2.5 km-lik hissəsinin yenidən qurulması işlərinə start verilib.

Sözügedən avtomobil yolu uzun müddət istismar olunduğundan yolda çalalar, çökmələr, qabarmalar əmələ gəlib və nəqliyyatın hərəkətində çətinliklər yaranıb. Təmir-bərpa işləri çərçivəsində qəsəbələrarası yolun köhnə asfalt-beton örtüyünün üst qatı frezlənərək kənara daşınıb.

Daha sonra ərazidə xüsusi mexanizmlər vasitəsi ilə əldə edilən qatqı yol əsasına səpilir və qarışdırılır. Məhz həmin ərazi üçün hazırlanmış xüsusi qrunt texnikalar vasitəsi ilə yayılıb kipləşdirilir.

Yeni asfalt-beton örtüyü 30 min kv.m sahəyə döşənəcək.

Buna paralel olaraq yolun çiyin hissələrinin də xüsusi qrunla bərkidliməsi işləri aparılacaq.

Layihənin sonuncu mərhələsində avtonəqliyyat vasitələrinin hərəkətinin tənzimlənməsi məqsədi ilə zəruri olan yerlərdə yeni yol nişanları quraşdırılacaq, yola üfiqi nişanlanma xətləri çəkiləcək.

Digər xəbərlər
Bu gün
Dünən