Ahıl şəxslərə yardım - VİDEO

Ahıl şəxslərə yardım - VİDEO
RİİB Könüllüləri və Yasamal RİH 65 yaşdan yuxarı şəxslərə sovqat paylayıb

Karantin rejimində yaşı 65-dən yuxarı şəxslərin evdən çıxması qadağan olunduğundan, bu kateqoriyadan olan tənha insanlara qayğı göstərilməsi istiqamətində növbəti sosial aksiya “Regional İnkişaf” İctimai Birliyi (RİİB) və Yasamal Rayon İcra Hakimiyyəti tərəfindən birgə həyata keçirilib.

Yardım aksiyası çərçivəsində yaşı 65-dən yuxarı olan xüsusi risk qrupuna aid şəxslərə ərzaq məhsullarından ibarət sovqatlar paylanılıb.

Sakinlərə sovqatları çatdıran RİİB könüllüləri və Yasamal RİH əməkdaşları eyni zamanda vətəndaşlara pandemiya ilə mübarizədə dövlətin həyata keçirdiyi qabaqlayıcı və preventiv tədbirlər, şəxsi gigiyenaya qaydaları, sosial təcridolmanın vacibliyi barədə məlumatlar veriblər.

Sosial aksiya karantin rejimində ehtiyacı olanlara maddi və mənəvi cəhətdən dəstək olmaq məqsədi daşıyır.

Digər xəbərlər
Bu gün
Dünən