Neftçalada kollektorda batan ata və oğlun meyiti tapılıb - YENİLƏNİB

Neftçalada kollektorda batan ata və oğlun meyiti tapılıb - YENİLƏNİB

Neftçala rayonunun Astanlı kəndində, “Baş Mil-Muğan” kollektorunda batdığı ehtimal olunan 1989-cu il təvəllüdlü Əsgərov Nurlan Aslan oğlu və 2015-ci il təvəllüdlü Əsgərov Aslan Nurlan oğlunun axtarışları başa çatıb. 

Bu barədə REAL-a Fövqəladə Hallar Nazirliyindən bildirilib.

Xəbərə görə, hər iki şəxsin meyiti Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin dalğıc-axtarış qrupu tərəfindən tapılaraq sudan çıxarılıb və aidiyyəti üzrə təhvil verilib.

 

***

17:41

 

Fövqəladə Hallar Nazirliyinin "112" qaynar telefon xəttinə, Neftçala rayonunun Astanlı kəndində 2 nəfərin su kanalına düşməsi barədə məlumat daxil olub. 

FHN-dən REAL-a verilən məlumata görə, hadisə yerinə Nazirliyin Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin dalğıc-axtarış qrupu cəlb olunub. 

Əlavə məlumat veriləcək.

Digər xəbərlər
Bu gün
Dünən