Türkiyədə koronavirus xəstələri üçün xəstəxana tikilir - AÇIQLAMA (VİDEO)

Türkiyədə koronavirus xəstələri üçün xəstəxana tikilir - AÇIQLAMA (VİDEO)

Türkiyə prezidenti R.T.Ərdoğan ölkədə “COVİD-19”la bağlı son atılan addımlar barədə açıqlama verib.

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan “COVİD-19” la mübarizə aparmaq üçün hazırlanan geniş tərkibli məhdudiyyətlər təklifini yaxın zamanda TBMM-nin gündəliyinə çıxarılacağını bildirib.

Ərdoğan, virusla mübarizə üçün Sancaqtəpədə, havalimanın ərazisində yeni bir mərtəbəli və min otaqdan ibarət xəstəxananın tikintisinə başlanıldığını bildirib.

Türkiyə prezidenti Atatürk Havalimanı və Sancaqtəpədə yerləşən havalimanı yaxınlığında tikilməkdə olan xəstəxanaların 45 gün ərzində hazır olacağını və xalqın istifadəsinə veriləcəyini açıqlayıb.

Bundan başqa Türkiyə prezidenti “Biz-bizə yetərik Türkiyəm” kampaniyasına 1 milyard 500 milyon lirə ianə toplandığını deyib.

R.T.Ərdoğan çıxışı zamanı “bundan sonra dünyada heç nə əvvəlki kimi olmayacaq ifadəsini işlədib.

REAL-ın Türkiyə bürosu

Digər xəbərlər
Bu gün

Bütün xəbərlər

Dünən