Azərbaycanda pomidor ucuzlaşıb - VİDEO

Azərbaycanda pomidor ucuzlaşıb - VİDEO
Pomidorun 1 kiloqramının qiyməti 1,50 manata düşüb

"Son üç gündə Azərbaycanda pomidorun 1 kiloqramının qiyməti 1,5 manata düşüb".

Bunu REAL-a açıqlamasında Kənd Təsərrüfatı Nazirliyinin mətbuat katibi Vüqar Hüseynov bildirdi.

Onun sözlərinə görə, ucuzlaşmaya həm ölkə daxilində, həm də ölkə xaricində pomidora tələbatın azalması və bolluq yaranması səbəb olub.

Qeyd edək ki, bu ilin yanvar-fevral ayları ərzində pomidor ixracı Azərbaycanın ümumi ixracının 0,76%-ni təşkil edib.

Digər xəbərlər
Bu gün

Bütün xəbərlər

Dünən