Azərbaycanın Türkiyədəki Səfirliyindən REAL-a açıqlama

Azərbaycanın Türkiyədəki Səfirliyindən REAL-a açıqlama

“Türkiyədə yaşayan azərbaycanlıların kirayə mənzil pulunun ödənilməsinə yardım edilə bilər.”

Bütün dünyada olduğu kimi Türkiyədə də “COVİD-19”un geniş yayılmaması üçün tətbiq edilən karantin rejimi burada yaşayan bəzi azərbaycanlıların maddi problemlərlə üzləşməsinə səbəb olub.

Azərbaycanın Türkiyədəki Səfirliyi bu problemin həllində həmyerlilərimizə yardım etmək məqsədilə təkliflər üzərində iş aparır.

Səfirlikdən REAL TV-ə bildirildi ki, yaxın günlərdə qərar qəbul ediləcək və o qərara əsasən kimlərin kirayə mənzil pullarının ödəniləcəyinə qərar veriləcək. Üstünlük tələbələrə və bu ölkədə müvəqqəti yaşayan həmyerlilərimizə veriləcək.

Qeyd edək ki, səfirlik həmyerlilərimizə yardım məqsədilə hər bir şəxsə 200 TL məbləğinda pul ayırıb.

Səfirliyin rəsmi səhifəsində yaradılan linkə daxil olan azərbaycanlılar özləri haqqında məlumatı əlavə etdikdən sonra bu imkandan yararlana bilirlər. Artıq 4 minə yaxın azərbaycanlı səfirliyin yaratdığı bu imkandan yararlana bilib.

  

Digər xəbərlər
Bu gün
Dünən