Prezidentdən humanist qərar - VİDEO

Prezidentdən humanist qərar - VİDEO
Əfv sərəncamı ilə 176 məhkum azadlığa buraxılıb

Prezident İlham Əliyevin imzaladığı “Məhkum edilmiş bir sıra şəxslərin əfv olunması haqqında” sərəncamı ilə azadlıqdan məhrumetmə cəzasına məhkum olunmuş, yaşı 65-dən yuxarı 176 nəfər cəzanın çəkilməmiş hissəsindən azad edilib.

Prezidentin əfv qərarını şərh edən millət vəkili Fazil Mustafa REAL-a bildirb ki belə bir vəziyyətdə, müəyyən dərəcədə cəzaçəkmə müəssisələrində də eyni risk var və islaholunması mümkün məhkumların azadlığa buraxılması ailələləri üçün təsəlli ola bilər

Dövlət başçısı bu sərəncamı dünyada koronavirus infeksiyasının yayılması ilə əlaqədar yaşına və səhhətinə görə xüsusi qayğıya ehtiyac duyan yaşı 65-dən yuxarı olan məhkumların və onların ailə üzvlərinin ona ünvanlanmış əfv haqqında müraciətlərinə baxaraq, məhkumların sağlamlıq vəziyyətini, cəza çəkdikləri müddətdə davranışlarını nəzərə alaraq və humanizm prinsiplərinə əsaslanaraq imzalayıb.
 

Digər xəbərlər
Bu gün
Dünən