İmkansız ailələrə yardım - VİDEO

İmkansız ailələrə yardım - VİDEO
Zərdab RPŞ-nin əməkdaşları 20 imkansız ailəyə maddi yardım edib

Zərdab RPŞ-nin əməkdaşları tərəfindən karantin günlərində yaşlı və imkansız insanlara yardımlar edilib. Şöbənin əməkdaşları “Evdə qal” kampaniyası çərçivəsində xüsusi karantin rejim qaydalarına uyğun olaraq çölə çıxa bilməyən tənha və yaşlı insanlara, eləcə də aztəminatlı və çoxuşaqlı ailələrə köməklik göstəriblər.

Zərdab rayonunun müxtəlif kənd və qəsəbələrində yaşayan daha 20 ailəyə baş çəkən polis əməkdaşları onlara ərzaq məhsullarından ibarət bağlamalar, tibbi maska və dezinfeksiyaedici vasitələri təqdim ediblər. Polislər həmin şəxslərlə bir daha maarifləndirici söhbətlər apararaq xüsusi karantin rejimi qaydalarına riayət etməyin vacib olduğunu onların diqqətinə çatdırıblar.

Qeyd edək ki, Zərdab rayonuna gələn yollarda yaradılan postlarda nəzarət tədbirləri gücləndirilib, karantin qaydalarını pozan sürücü və sərnişinlər barəsində Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən ciddi tədbirlər görülür.

Digər xəbərlər
Bu gün
Dünən