Prezidentdən xəbərdarlıq - VİDEO

Prezidentdən xəbərdarlıq - VİDEO
İlham Əliyev: "Süni qiymət artımında əli olanlar ciddi cəzalandırılacaq"

“İndi əsas məsələlərdən biri də odur ki, apteklərdə və digər ticarət yerlərində süni qiymət artımı olmasın. Çünki maska qıtlığı artıq süni qiymət artımına da gətirib çıxarıb".

Bu sözləri Prezident İlham Əliyev Sumqayıt Kimya Sənaye Parkında tibbi maska istehsalı müəssisəsinin açılışından sonra Azərbaycan xalqına müraciəti zamanı deyib.

Prezident qeyd edib ki, bu hallara qətiyyən yol vermək olmaz və müvafiq dövlət qurumları çox ciddi nəzarət mexanizmi tətbiq etməlidirlər:

"Əgər süni qiymət artımı olarsa, bu işdə əli olan şəxslər ciddi cəzalandırılacaq. Çünki indiki pandemiya şəraitində belə addımlar xəyanət kimi qəbul ediləcək", - dövlət başçısı əlavə edib.

Digər xəbərlər
Bu gün
Dünən