"COVİD-19"un vaksinləri axtarılır - VİDEO

Hazırda 50-ə yaxın peyvənd üzərində araşdırmalar aparılır

Bu ilin əvvəlində Çin alimləri Hubey əyalətində böyük bir xaosa səbəb olan "Covid-19"un genomunu açıqladılar. Bununla da əczaçılıq şirkətləri eləcədə hökumət labaratoriyaları dərman axtarışına başladı. Elm üçün naməlum olan yeni növ koronavirus kəskin ağciyər xəstəliklərinə səbəb olur.

Bir çox dünya ölkələri bu infeksiyaya qarşı peyvəndin hazırlanmasında bir çox dərman vasitələrini sınaqdan keçirir. Yeni peyvənd və müalicə üsulları ilə bağlı yaxşı xəbərlər də gəlməkdədir. Hazırda tədqiqatlar davam etdirilir, 50-ə yaxın peyvənd üzərində araşdırmalar davam etdirilir. Əvvəllər istifadə olunan bir peyvənd var bu peyvənd lisenziyalıdır və onun müəyyən insanları qoruduğu hesab olunur.

Bunu REAL-a açıqlamasında ÜST-ün "Covid-19" üzrə sözçüsü Marqaret Harris bildirib.

Marqaret Harris bildirdi ki, müxtəlif ölkələrin xəstəxanalarında aparılan bu sınaqlardan hansının daha yaxşı olduğu yoxlanılır.

Onun sözlərinə görə dünyanın bir çox ölkələrində, o cümlədən, Avstraliyada bu infeksiyaya qarşı vaksinlər hazırlanmaqdadır.
 

Digər xəbərlər
Bu gün
Dünən