Misirdə koronavirusdan ölənlərin sayı 85 nəfərə çatıb

Misirdə koronavirusdan ölənlərin sayı 85 nəfərə çatıb

Misirdə koronavirusdan (COVID-19) ölənlərin sayı 85 nəfərə çatıb.

AZƏRTAC xəbər verir ki, bu barədə ölkənin Səhiyyə Nazirliyi məlumat verib. Nazirliyin mətbuat katibi Xalid Meqahed söyləyib ki, son bir sutkada xəstəlikdən daha 7 nəfər dünyasını dəyişib.

X.Meqahed vurğulayıb ki, aprelin 6-də ölkədə koronavirusa rekord sayda - 149 yoluxma halı qeydə alınıb və beləliklə, xəstələrin ümumi sayı 1322 nəfərə çatıb. Onun sözlərinə görə, COVID-19 virusuna yeni yoluxanların hamısı Misir vətəndaşlarıdır.

Misir Səhiyyə Nazirliyinin məlumatına görə, son bir sutkada 12 nəfər müalicə olunaraq evə buraxılıb. İndiyədək 259 koronavirus xəstəsi tam sağalıb. Qeyd olunub ki, həyatını itirənlərin 30 faizi xəstəxanaya çatmamış yolda keçinib.

REAL

Digər xəbərlər
Bu gün
Dünən