Karantin qaydalarını pozanlar - VİDEO

Karantin qaydalarını pozanlar - VİDEO
Qaydaları pozan vətəndaşlar cərimələnir

Ölkədə xüsusi karantin rejiminin olmasına baxmayaraq, təəsüf ki,hələ də karantin qaydalarını pozan şəxslər var.

Gecə saatlarında bəzi vətəndaşlar Binəqədi rayonu Dövlət Yol Polisi Şöbəsi tərəfindən Novxanı kəndi ərazisində qurulan postdan qanunsuz keçməyə cəhd göstərib.

Polis əməkdaşları tərəfindən qaydaları pozanlar saxlanılaraq protokol tərtib olunub və həmin şəxslər cərimələnib.

Qeyd edək ki,koronavirus epidemiyasının ölkə ərazisində geniş yayılmasının qarşısını almaq məqsədilə qabaqlayıcı tədbirlər martın 31-dən etibarən sərtləşdirilib və paytaxta giriş-çıxışa nəzarət gücləndirib.

Xüsusi karantin rejiminin qaydalarına əməl etməyən vətəndaşlara qarşı ciddi cəza tədbirləri həyata keçirilir.

Digər xəbərlər
Bu gün
Dünən