İspaniyada 13 tibb işçisi koronavirusdan ölüb

İspaniyada 13 tibb işçisi koronavirusdan ölüb

İspaniyada koronavirus epidemiyası müddətində 19 mindən çox tibb işçişi virusa yoluxub.

REAL xəbər verir ki, bu məlumatı ölkənin Səhiyyə Nazirliyi yayıb.

Qeyd olunur ki, bu, İspaniyada qeydə alınan ümumi yoluxanların 14 faizindən çoxdur.

İndiyədək virusa yoluxmuş 19 400 həkimdən 20 faizə yaxını sağalıb, böyük əksəriyyəti müalicələrini evdə davam etdirir. 13 tibb işçisi virusdan həyatını itirib.

Xatırladaq ki, bu günədək İspaniyada 135 032 nəfər koronavirusa yoluxub, 13 055 nəfər virusun qurbanı olub.

Digər xəbərlər
Bu gün
Dünən

Bütün xəbərlər