Azərbaycan Ordusunun aprel zəfərindən 4 il ötür

Azərbaycan Ordusunun aprel zəfərindən 4 il ötür

Bu gün Azərbaycan Ordusunun aprel zəfərindən 4 il ötür. 2016-cı ilin mart ayının ortalarından başlayaraq ermənilər atəşkəsi ardıcıl pozmağa başlayıblar. Aprelin 1-dən 2-nə keçən gecədən başlayaraq isə bütün cəbhə boyu Azərbaycan ordusunun mövqeləri və yaşayış məntəqələri düşmən tərəfindən intensiv atəşə məruz qalıb. Fotolar Tərtərin Qaradaglı, Qapanlı, Şıxarx (keçmiş Marquşavan) və Ağdam rayonunun Mirəşelli, orta Qərvənd kəndlərində çəkilib.

2016-cı il aprelin 19-da Azərbaycan prezidenti, Ali Baş Komandan İlham Əliyevin müvafiq sərəncamları ilə Azərbaycan Silahlı Qüvvələrinin 3 üzvü “Azərbaycanın Milli Qəhrəmanı”, 7 üzvü “Azərbaycan Bayrağı” ordeni, 1 üzvü 2-ci dərəcəli və 4 üzvü 3-cü dərəcəli “Vətənə xidmətə görə” ordeni, 19 üzvü “Vətən uğrunda” medalı, 43 üzvü “İgidliyə görə” medalı, 45 üzvü “Hərbi xidmətlərə görə” medalı, 2 üzvü “general-mayor” ali hərbi rütbəsi ilə mükafatlandırılıb.

Fotolar: Famil Mahmudbəyli

Digər xəbərlər
Bu gün
Dünən

Bütün xəbərlər