Qondarma seçkilərə XİN-dən münasibət (VİDEO)

Qondarma seçkilərə XİN-dən münasibət (VİDEO)
Dağlıq Qarabağda keçirilən seçkilər beynəlxalq hüquqa ziddir

Azərbaycanın Dağlıq Qarabağ bölgəsində Ermənistanın keçirdiyi qondarma seçkilər beynəlxalq ictimaiyyət tərəfindən qətiyyətlə pislənir və rədd ediliri. Azərbaycan Xarici İşlər Nazirliyinin açıqlamasında deyilir ki, bu seçkilər Beynəlxalq hüquqa ziddir:

Millət vəkili Arzu Nağıyev bir sıra dövlətlərin saxta seçkilərə birmənalı reaksiya verdiyini və hər dəfə olduğu kimi, bu dəfədə onun nəticələrini rədd edildiyini bildirib.

Arzu Nağıyevin sözlərinə görə, ATƏT-in Minsk Qrupunun həmsədrləri, Qoşulmama hərəkatı, BMT, NATO və.s kimi hərəkatlar bu saxta seçkiləri tanımadıqları ilə əlaqədar bəyanatlar yayıblar. Hətta Dağlıq Qarabağın öz ərazisində belə seçkilərə qarşı mitinqlər başlayıb.

Keçmiş Xarici İşlər Naziri Tofiq Zülfüqarov Dağlıq Qarabağdakı “seçkilər”ə bir o qədər diqqət yetirməməyi məsləhət görür. Onun sözlərinə görə, əslində biz ermənilərin belə “tamaşalarına” bu qədər ciddi yanaşıb onları reklam etməməliyik. Çünk işğal olunmuş ərazilərimizdə öz təcavüzkarlığını gizlətmək üçün Ermənistan qondarma qurumlar yaradıb və göstərmək istəyir ki, burada guya ki ikinci erməni dövləti var. Düşünürəm ki, biz əsasən, bu siyasəti tənqid etməliyik, deyə Tofiq Zülfüqarov bildirib:

Qeyd edək ki, martın 31-də Azərbaycanın Dağlıq Qarabağ bölgəsində qanunsuz prezident seçkiləri keçirilib. Elan olunmuş nəticələrə əsasən, bu "seçkilər" 2-ci tura çəkilib və namizədlərdən heç biri əksəriyyət səsi qazana bilməyib.

Digər xəbərlər
Bu gün
Dünən

Bütün xəbərlər