Millət vəkillərindən ailələrə yardım - VİDEO

Millət vəkillərindən ailələrə yardım - VİDEO
A.Nağıyev və A.Quliyev pandemiya dövründə əhaliyə kömək göstəriblər

104 saylı Gədəbəy-Tovuz dairəsindən millət vəkili seçilən Arzu Nağıyev aztəminatlı, tənha yaşayan 50 ailəyə ərzaq yardımı edib.

Ərzaq yardımı köməkçilər tərəfindən ailələrə çatdırılıb.

Bundan başqa, millət vəkili müharibə veteranları, şəhid ailələri və digər seçicilərlə onlayn görüş həyata keçirib.

Millət vəkili seçicilərə Azərbaycan Respublikası Nazirlər Kabineti yanında Operativ Qərargahın qərarı ilə ölkə ərazisində tətbiq olunan xüsusi karantin rejimi ilə əlaqədar maarifləndirici tövsiyələr verib.

Qeyd edək ki, Tovuz və Gədəbəy rayon İcra hakimiyyətləri koronavirusla əlaqədar keçirilən tədbirlər çərçivəsində 600 nəfərə, o cümlədən 50-yə yaxın tənha yaşayan şəxsə əlavə maddi və ərzaq yardımı göstərib.

Bundan əlavə, deputat Arzu Nağıyev aylıq məvacibinin bir hissəsini Koronavirusla Mübarizəyə Dəstək Fonduna ianə edib.

QHT-lərə Dövlət Dəstəyi Şurasının sədri Azay Quliyevin təşəbbüsü ilə 200 ailəyə ərzaq, 2000 ailəyə tibbi ləvazimat yardımı göndərilib.

Bu barədə Azay Quliyev öz sosial şəbəkəsində yaydığı açıqlamada deyib.

"Bildiyiniz kimi, mart ayının 25-dən etibarən yaşı 65-dən yuxarı olan seçicilərimin karantin rejimi ilə əlaqədar üzləşə biləcəkləri mümkün problemlər haqqında məlumatların operativ qaydada çatdırılması və həlli məqsədilə azayguliyev.az saytı üzərindən “elektron müraciət xidməti” yaradaraq sakinlərin istifadəsinə təqdim etdim. Bu gün isə mənim təşəbbüsümlə seçicilərim arasında yaşı 65-dən yuxarı, imkansız və xüsusi qayğıya ehtiyacı olan 200 ailəyə ərzaq yardımı, 2000 nəfərə isə koronavirusdan qorunmaq üçün zəruri tibbi ləvazimatlar verilməyə başlanıldı." - deyə Azay Quliyev bildirib.

O, həmçinin, seçicilərini xüsusi karantin rejiminin qaydalarına ciddi əməl etməyə çağırıb.

Digər xəbərlər
Bu gün
Dünən

Bütün xəbərlər