Balakəndə civə satanlar saxlanılıb - VİDEO

Balakəndə civə satanlar saxlanılıb - VİDEO

Balakən Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat tədbirləri nəticəsində civə satışı ilə məşğul olan şəxslər saxlanılıb. 22 yaşlı Balakən rayonu Qullar kənd sakini Turan Süleymanovdan 1 ədəd şüşə qabda 59,4 qram metallik civə aşkar edilib.

21 yaşlı Toğrul Səmədlinin ətrafında davam etdirilən tədbirlərlə onun yaşadığı ünvanda və Talalar kəndində bibisinin evində civə saxlaması müəyyən edilib. Həmin yerlərə baxış keçirilən zaman ümumi çəkisi 473,1 qram metal parıltıya malik civə aşkar olunaraq götürülüb. İstintaq zamanı müəyyən edilib ki, Toğrul Səmədli həmin civəni ötən ilin dekabr ayında Məhəmməd Mustafayevlə qabaqcadan əlbir olub tanışı, Balakən rayon sakini Nizami Quliyevin yaşadığı evdən oğurlayıblar.

Tədbirlərin davamı olaraq, Balakən Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən əvvəllər məhkum olunmuş, rayonun Qullar kənd sakini Nizami Quliyev və cinayət əməlində iştirakı olan digər şəxslər də saxlanılıb. Nizami Quliyevin yaşadığı evə baxış keçirilən zaman 501,2 qram civə aşkarlanıb.
 

Faktla bağlı Balakən Rayon Polis Şöbəsinin İstintaq bölməsində cinayət işi başlanılıb, istintaq aparılır.

Digər xəbərlər
Bu gün

Bütün xəbərlər

Dünən

Bütün xəbərlər