Estoniyada koronavirusa yoluxanların sayı artıb

Estoniyada koronavirusa yoluxanların sayı artıb

Estoniyada son sutka ərzində koronavirusa (COVID-19) yoluxanların sayı 41 nəfər artaraq 1108-dən 1149-a çatıb.

AZƏRTAC xəbər verir ki, bu barədə Estoniya Səhiyyə Departamenti məlumat yayıb. Bildirilib ki, epidemiyanın yayıldığı tarixdən bəri ölkədə 23 min 546 nəfər müayinə olunub.

Nazirliyin məlumatına əsasən, son sutka ərzində COVID-19 virusuna görə 1684 nəfərdən götürülən analizdən 32-nin nəticəsi müsbət çıxıb. Virusa yeni yoluxma hallarının artacağı istisna olunmur.

Ölkədə bu günədək koronavirusdan 21 ölüm faktı qeydə alınıb.

REAL

Digər xəbərlər
Bu gün

Bütün xəbərlər