Koronavirsla bağlı işçi qrupu yaradılıb - VİDEO

Koronavirsla bağlı işçi qrupu yaradılıb - VİDEO
Azərbaycan beynəlxalq təşkilatda təmsil olunacaq

Koronavirus pandemiyası ilə mübarizədə gənclərin beynəlxalq əməkdaşlıq etməsi məqsədilə COVİD-19 Gənclərin Beynəlxalq İşçi Qrupu yaradılıb.

REAL xəbər verir ki, bu beynəlxalq təşkilatın mənzil qərargahı Pakistanın İslamabad şəhərində yerləşir.

Azərbaycanı işçi qrupunda “İslahatçı Gənclər” İctimai Birliyinin sədri və Editor.az İnformasiya Portalının baş redaktoru Fərid Şahbazlı təmsil edəcək.

Gənc fəal beynəlxalq işçi qrupunun Azərbaycan nümayəndəsi təyin edilib.

Bildirilib ki, COVİD-19 Gənclərin Beynəlxalq İşçi Qrupu Birləşmiş Millətlər Təşkilatının və Ümumdünya Səhiyyə Təşkilatının məqsədlərini dəstəkləyir.

Digər xəbərlər
Bu gün
Dünən