Aprelin 25-i Ramazan ayının ilk günüdür - VİDEO

Aprelin 25-i Ramazan ayının ilk günüdür - VİDEO
Ramazan Bayrami isə mayın 24-də qeyd olunacaq

Azərbaycanda Ramazan ayının başlanacağı tarix açıqlanıb.

Qafqaz Müsəlmanları İdarəsinin sədr müavini Fuad Nurullayev bildirib ki, aprelin 25-i Ramazan ayının ilk günü olacaq:

“Bu il Şaban ayı 30 gün olacaq. Ona görə də təqvimə əsasən Ramazan bayramının mayın 24-də olacağı gözlənilir."

Qeyd edək ki, İslam aləmində Ramazan ayı müddətində valideynlərə, qohum-əqrəbaya baş çəkilməsi, küsülülərin barışması, yetim, kimsəsiz və ehtiyacı olanlara diqqət göstərilməsi, dünyasını dəyişmiş yaxınların qəbirlərinin ziyarəti bəyənilən əməllərdən hesab olunur. (APA)

REAL

Digər xəbərlər
Bu gün
Dünən

Bütün xəbərlər