II Dünya müharibəsinin 75 illiyi münasibətilə müsabiqə elan olundu

II Dünya müharibəsinin 75 illiyi münasibətilə müsabiqə elan olundu

“Evdə qal, evdə yarat” təşəbbüsü çərçivəsində keçirilən tədbirlərin sırasında Böyük Vətən Müharibəsində qələbənin 75 illiyinə həsr olunmuş vətənpərvərlik mahnı müsabiqəsi elan edilib.

Mədəniyyət Nazirliyindən "Report"a verilən məlumata görə, müsabiqənin təşkilatçıları Mədəniyyət Nazirliyi və Azərbaycan Bəstəkarlar İttifaqıdır. 

Müsabiqə bir kateqoriya üzrə - vətənpərvərlik ruhunda mahnı - seçim turundan ibarətdir. Seçim mərhələsi sənədlərə və audioyazılara əsaslanır və müsabiqənin iştirakçılarını müəyyənləşdirir.

Müsabiqənin keçirilmə tarixi 10 aprel - 9 may, 2020-ci il, keçirildiyi yer, Azərbaycan Bəstəkarlar İttifaqı (Xaqani küçəsi, 53, Bakı). 

Münsiflər heyəti Firəngiz Əlizadə - sədr, Cəlal Abbasov - üzv, Gövhər Həsənzadə - üzv, Həcər Babayeva - üzv, Elnara Dadaşova - üzv, Lətifəxanım Əliyeva - kordinatordur. 

Müsabiqədə yaşı 20-dən yuxarı olan peşəkar bəstəkarlıq təhsili almış musiqiçilər iştirak edə bilərlər. Son müraciət tarixi 9 may 2020-ci ildir. 

İştirakçılar [email protected] elektron ünvanına mahnının yüksək formatda yazılmış audio versiyasını, öz şəkil və qısa yaradıcılıq xülasəsini göndərərək qeydiyyatdan keçə bilərlər.

Göndərilən musiqi parçaları ənənəvi musiqi mədəniyyətimizin zənginliyi və daxili rəngarəngliyini əks etdirməklə yanaşı, həmçinin vətənpərvərlik ruhunu da dinləyicilər üçün ən aydın və cəlbedici şəkildə çatdırmağa müvəffəq olmalıdır.

REAL

Digər xəbərlər
Bu gün
Dünən

Bütün xəbərlər