Azərbaycan may-iyun aylarında neft hasilatını azaldacaq

Azərbaycan may-iyun aylarında neft hasilatını azaldacaq

Azərbaycan Respublikası Energetika Nazirliyinin mətbuat xidmətindən “RİA Novosti”yə verilən məlumata görə, yeni “OPEC +” sazişinə əsasən, Azərbaycan may-iyun aylarında gündəlik neft hasilatını 164 min barel azalaraq 554 min barelə endirəcək.

Məlumatda bildirilir: "Azərbaycan, həmçinin, dünya neft bazarını tarazlaşdırmaq və neft qiymətlərini sabitləşdirmək üçün yeni öhdəliklər götürüb. 2018-ci ilin oktyabr ayında gündəlik 718 min barel xam neft istehsal edən Azərbaycan, yeni razılaşmaya uyğun olaraq hasilatı 164 min barel azaltmalı olacaq. Bu müddət ərzində Azərbaycan gündəlik xam neft hasilatını 554 min barel səviyyəsində saxlamalıdır "

Məlumatda həmçinin qeyd olunur: " "OPEC" və qeyri "OPEC" ölkələrinin istehsal kvotalarına yalnız xam neft hasilatı daxildir. Bu sazişdə kondensat həcmi nəzərə alınmır" 

REAL

Digər xəbərlər
Bu gün
Dünən

Bütün xəbərlər