Deputatların rəy və təklifləri hökumətə təqdim olunub

Deputatların rəy və təklifləri hökumətə təqdim olunub

Milli Məclisin deputatlarının hökumətin 2019-cu ildə fəaliyyəti haqqında hesabatı ilə bağlı dünənki plenar iclasda səsləndirdikləri rəy və təklifləri sistemləşdirilərək Nazirlər Kabinetinə göndərilib.

Bu barədə REAL-a Milli Məclisdən məlumat verilib.

Bildirilib ki, deputatların hər birinin hökumətin hesabatı ilə bağlı rəy və təklifləri hökumətə təüdim olunub.

Qeyd edək ki, Milli Məclisin dünən – aprelin 9-da keçirilən plenar iclasında Nazirlər Kabinetinin 2019-cu ildə fəaliyyəti haqqında hesabatı müzakirə edilib. İclasda Baş Nazir Əli Əsədovun videohesabatı dinlənilib.

Digər xəbərlər
Dünən

Bütün xəbərlər