Bakıda cərimə meydançasında yanğın - Onlarla maşın yandı (FOTO, YENİLƏNİB)

Bakıda cərimə meydançasında yanğın - Onlarla maşın yandı (FOTO, YENİLƏNİB)
Nizami rayon icra başçısı Arif Qasımov yanğın baş verən əraziyə gəlib

Bakının Nizami rayonunda avtomobil dayanacağında baş verən yanğın söndürülüb.

Bu barədə REAL-a Fövqəladə Hallar Nazirliyindən məluma verilib.

Bildirilir ki, Nizami rayonu, Mikayıl Əliyev küçəsində yerləşən avtomobil dayanacağında baş vermiş yanğın saat 15:11 dəqiqədə Fövqəladə Hallar Nazirliyinin qüvvə və vasitələri tərəfindən söndürülüb.

Yanğın zamanı xəsarət alan olmayıb.
 


***15:15

Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə Bakı şəhəri, Nizami rayonu ərazisində açıq sahədə yanğın olması barədə məlumat daxil olub.

Fövqəladə Hallar Nazirliyindən REAL-a verilən məlumata görə, nazirliyin Dövlət Yanğından Mühafizə Xidmətinin yanğın bölmələri hadisə yerinə cəlb olunub. Hazırda yanğınsöndürmə işləri davam etdirilir. Əlavə məlumat veriləcək.

 


***15:10

Bakıda yanğın başlayıb. “Qafqazinfo”nun verdiyi xəbərə görə, hazırda paytaxtın Nizami rayonunda yerləşən avtomobil cərimə meydançası yanır.

Hadisə yerinə yanğınsöndürən maşınlar cəlb olunub. Yanğının söndürülməsi üçün işlər aparılır.

Yanan maşınlar arasında "BMW", "Niva" və Vaz 2106-07 də var.

Nizami rayon icra başçısı Arif Qasımov yanğın baş verən əraziyə gəlib. 

İlkin məlumata görə, yanğın nəticəsində 50-yə yaxın avtomobil yanıb. Onların bir çoxu tamamilə, bəzilərinin isə bir qismi yanıb.

Yanğına ilkin səbəb kimi, zibil vedrələrinin yanması göstərilir.

Digər xəbərlər
Bu gün

Bütün xəbərlər

Siyasət

Mir Şahinin vaxtı

İqtisadiyyat

Sosial

Real İntervyu

İdman

Çox Oxunanlar

Mədəniyyət

Real TV Sosial Şəbəkələrdə