ABŞ-ın azərbaycanlı icma nümayəndələrinin yazıçı Çingiz Abdullayevlə virtual görüşü olub - FOTO

ABŞ-ın azərbaycanlı icma nümayəndələrinin yazıçı Çingiz Abdullayevlə virtual görüşü olub - FOTO

Azərbaycan Ticarət və Mədəniyyət Mərkəzinin (USACC) “Şənbə Söhbətləri” layihəsinin növbəti qonağı Xalq yazıçısı, milli ədəbiyyatımızda detektiv janrının görkəmli nümayəndəsi Çingiz Abdullayev olub. Mərkəzin təşkilatçılığı ilə Zoom platforması üzərindən baş tutmuş görüşə ABŞ-ın müxtəlif ştatlarında, eləcə də Kanadada yaşayan otuzdan artıq soydaşımız qoşulub.

Görüşdə Çingiz Abdullayevın yaradıcılığı, Azərbaycan ədəbiyyatı, maarifçilik, təhsil məsələsi, cəmiyyətdə qadınların rolu və digər mövzular ətrafında fikir mübadiləsi aparılıb, soydaşlarımız tərəfindən müəllifə birbaşa suallar ünvanlanıb. Görüşün moderatoru ABŞ-Azərbaycan Ticarət Palatasının icraçı direktoru Natiq Baxışov olub.

Qeyd edək ki, “Şənbə Söhbətləri” layihəsinin əsas məqsədi Azərbaycanın tanınmış elm və mədəniyyət xadimlərinin ABŞ-da yaşayan azərbaycanlı icma nümayəndələrinə təqdim edilməsi və onların birbaşa ünsiyyətinin qurulmasıdır. Layihənin ilk qonağı Azərbaycan fəlsəfi şerinin görkəmli nümayəndəsi Xalq şairi Ramiz Rövşən olmuşdu.

Azərbaycan Ticarət və Mədəniyyət Mərkəzi 2000-ci ildə, iki ölkə xalqları arasında münasibətlərin təşviqi, eləcə də ABŞ-da yaşayan azərbaycanlı icmaya yönəlik layihələrin həyata keçirilməsi məqsədilə Vaşinqtonda fəaliyyət göstərən ABŞ-Azərbaycan Ticarət Palatası tərəfindən təsis edilib.

REAL-ın ABŞ bürosu

Digər xəbərlər
Bu gün

Bütün xəbərlər