Onlayn vətəndaş qəbulu - VİDEO

Onlayn vətəndaş qəbulu - VİDEO
“Azəriqaz”ın baş direktoru videobağlantı ilə qəbul keçirib

“Azəriqaz” İstehsalat Birliyinin baş direktoru Ruslan Əliyev Respublikanın Cənub bölgəsində yaşayan sakinlərlə birbaşa videobağlantı yaratmaqla onlayn vətəndaş qəbulu keçirib.

Lənkəran Regional qaz istismarı İdarəsinə gələn vətəndaşların qəbulda iştirakı üçün karantin rejiminin tələbləri gözlənilməklə şərait yaradılıb. Belə ki, onlar idarəyə daxil olmazdan öncə dezinfeksiyaedici məhlullarla əllərini təmizləyib və qoruyucu tibbi maskalarla təmin ediliblər. Bağlantı yaradılan otaqda isə onlar məsafə saxlanılmaqla yerləşdirilib.

Qəbulda bölgənin 20-yə yaxın vətəndaşı növbəli şəkildə fikirlərini səsləndiriblər. Birliyin baş direktoru ilə söhbətləri zamanı onlar əsasən istifadə etdikləri sayğacların əvəzlənməsi, yaşayış məntəqələrinin qazlaşdırılması, işə qəbul və müxtəlif məsələlərlə bağlı fikir mübadiləsi aparıblar. Hər bir vətəndaşın müraciəti diqqətlə dinlənilib.

Sonda Lənkəran Regional qaz istismarı İdarəsinin rəhbərliyinə dərhal həll edilməsi mümkün olan məsələlərin vaxtında icrası tapşırılıb. Xüsusilə karantin rejimi dövründə abonentlərin müraciətlərinə operativ və anlayışla yanaşılması göstərişi verilib.

Digər xəbərlər
Bu gün

Bütün xəbərlər