ABŞ-da yaşayan Azərbaycan icmasının fəalları ilə onlayn görüş keçirilib - FOTO, YENİLƏNİB (VİDEO)

ABŞ-da yaşayan Azərbaycan icmasının fəalları ilə onlayn görüş keçirilib - FOTO, YENİLƏNİB (VİDEO)

Aprelin 18-i Vaşinqtonda yerləşən Amerika Azərbaycan Ticarət Palatasının təşkilatçılığı ilə ABŞ-da yaşayan Azərbaycan icmasının fəalları və Azərbaycanın ABŞ-dakı səfiri Elin Süleymanov eləcə də Səfirliyin əməkdaşları ilə onlayn formatda görüşü keçirildi.

REAL xəbər  verir ki, görüşdə dünyada koronavirus pandemiyasının yayılması üzrə birinci yerdə olan ABŞ-da virusla bağlı hazırki vəziyyət, burada yaşayan həmvətənlərimizin vəziyyəti ətrafında fikir mübadiləsi aparıldı.

Pandemiyanın yaratdığı vəziyyətlə əlaqədar ABŞ-da çətinliklərlə üzləşən Azərbaycan vətəndaşlarına icma üzvləri və təşkilatlar tərəfindən göstərilən dəstəyə görə səfir minnətdarlığını ifadə etdi.

Eləcə də icma üzvləri tərəfindən Azərbaycanda koronavirusla bağlı yaranmış vəziyyətdə ehtiyacı olan şəxslərə və ailələrə dəstək göstərmək təşəbbüslərini yüksək qiymətləndirdi. Əlavə olaraq qeyd edildi ki, hal-hazırda ABŞ-da olan Azərbaycan vətəndaşları, xüsusən burada təhsil alan tələbələr və qısa müddətə ABŞ-a səfərə gəlmiş, lakin sərhədlərin bağlanması səbəbindən Vətənə qayıda bilməyən vətəndaşlar ilə təmas yaratmaq və dəstək verməyə xüsusi diqqət ayrılıb.

Onlayn görüşdə, həmçinin Azərbaycanda koronavirusla bağlı vəziyyətə dair məlumat verildi. Bu dönəmdə hər bir Azərbaycan vətəndaşının məsuliyyətli və təmkinli davranmasının vacib olması diqqətə çatıdırıldı və Azərbaycanın sərhədlərinin açılması və Azərbaycana avianəqliyyatın bərpa olunmasına da məhz bu kontekstdə yanaşılması tövsiyyə edildi.

İcma üzvlərinə Səfirliyin sosial şəbəkələrindəki məlumatlar, o cümlədən həftənin 7 günü və günün 24 saatı fəaliyyət göstərən qaynar xaəttlər barədə məlumat verildi. Eləcə də Amerika Azərbaycan Ticarət Palatası tərəfindən təşkil edilən və həftəlik əsasda keçirilən konsulluq məsləhətləri ilə bağlı vebinarlardan faydalanmaq məsləhət görüldü.

Belə ki, 3 aprel tarixindən etibarən hər həftənin Cümə günü Vaşinqton saatı ilə 17:00-də keçirilən vebinarlarda Səfirliyin konsulları və aidiyyəti əməkdaşları koronavirus pandemiyası ilə bağlı həmvətənlərimizi məlumatlandırır və onları maraqlandıran sualları cavablandırırlar. 

Vebinarın sonunda Filadelfiyada yaşayan azərbaycanlı skripka ifaçısı Azər Dəmirov iştirakçılar üçün musiqi parçası ifa etdi.

REAL-ın Amerika bürosu

Digər xəbərlər
Bu gün
Dünən

Bütün xəbərlər