Ekranların ilham pərisi - VİDEO

Ekranların ilham pərisi - VİDEO
Xalq artisti Həmidə Ömərovanın 63 yaşı tamam olur

Azərbaycan kinosunun ən gözəl gözlü aktrisalarından biri , ekranlarımızın ilham pərisi, xalq artisti Həmidə Ömərovanın bu gün 63 yaşı tamam olur. Nələri sığışdırmayıb bu 63 illik ömür yoluna. Müsahibələrinin birində deyib ki, Mən xoşbəxt ana və aktrisayam. Həqiqətəndə bu gün milyonlarla tamaşaçının qəlbində özüməxsus yer tutur Həmidə Ömərova . Keçib gedən illər ondan sanki heç biri şeyi almayıb. Özünün də dediyi kimi ALLAH onu gözəl yaradıb.

Həmidə Ömərova 1957-ci ildə Bakı şəhərində anadan olub. Daha çox Azərbaycan Dövlət Televiziyasında "Retro" kinozalının aparıcısı kimi tanınan aktrisa "Babamızın babasının babası", "Qəzəlxan", "Yol əhvalatı", "Qızıl uçurum", "Qorxma, mən səninləyəm" kimi filmlərdə yaddaqalan obrazlar yaradıb.

Filmlərə çəkilməklə yanaşı, 500-dən artıq bədii filmin dublyajı və səsləndirilməsində fəal iştirak edən aktrisa "Azərbaycan kinosunda feminizm", "ABŞ kinosu: 1895-1945-ci illər", "Amerika kino tarixi" kitablarının da müəllifidir. Bu gündə çəkiliş meydançasında öz işinin başındadır Həmidə xanım. Öz dili ilə desək sevimli peşəsi ilə məşğuldur. Həmişə cavan aktrisamız Hələ çox uzun illər yaşayıb yaratmağınız diləyi ilə doğum gününüz mübarək.

REAL

Digər xəbərlər
Bu gün

Bütün xəbərlər

Dünən

Bütün xəbərlər