SOCAR ailələrə yardım edir - FOTOLAR

SOCAR ailələrə yardım edir - FOTOLAR
Aztəminatlı ailələrə sovqat paylanıldı

Şəkildə gördüyünüz Səfərov Xoşbəxt Fərzəli oğludur. Qeydiyyat ünvanı ata yurdu olan Siyəzən rayonu “Böyük Həmyə” kəndidir. Siyəzən şəhərində Tofiq İsmayılov küçəsi bina 47 ünvanında kirayə evdə qalır. Xoşbəxt və yoldaşı Səfərova Marina Şahverən qızı birinci qrup əlildirlər. Hər ikisi də gözdən əlildir. Dövlətdən aldıqları təqaüd ilə dolanırlar. Dərman və digər ehtiyaclar sərf olunan təqaüd əlil ailəni tam olaraq təmin etmir. Daimi mənzilləri olmayan Səfərovların dəstək verəcək övladları da yoxdur.

Gördüyünüz bu xanım Hüseynova Aygün Hümbət qızıdır. Arif İsmayılov küçəsi ev 19 ünvanında balaca bir otaqda kirayədə yaşayır. Öz övladından əlavə bacısına və bacısının 3 övladına analıq edir. Uşaqlar körpə olduğuna görə Aygün xanımın bacısı uşaqlarla evdə qalmaq məcburiyyətindədir. Aygün xanım isə günəmuzd işləyərək ailəni maddi tərəfdən bacardığı qədər təmin edir. Hal-hazırda məlum vəziyyətlə bağlı Aygün xanım işsizdir və əlavə gəlir yeri yoxdur. Ailə olduqca acınacaqlı vəziyyətdədir.

Şəkildə gördüyünüz yaşlı qadın və nəvələri Baxşıyev Gəncalinin anası və övladlarıdır. Onun ailəsi Lökbatan qəsəbəsi Həzi Aslanov küçəsi ev 4 üvanında həyət evində yaşayır. Ailə 7 nəfərdən ibarətdir:yaşlı anası, 4 övladı və həyat yoldaşı. Yoldaşı və özü günəmuzd işləyirdilər və ailələrini bacardıqları qədər dolandırırdılar. Hazırki məlum vəziyyətlə əlaqədar indi işləmirlər və evdə qalmaq məcburiyyətindədirlər. Əlavə gəlir yerləri yoxdur.

Şəkildə gördüyünüz gənc Əliyev İlkindir. Məhərrəmova Kəmalənin övladıdır. Lökbatan qəsəbəsi S.Orucov küçəsi, döngə 6, bina 12 ünvanında yerləşən 1 otaqlı evdə yaşayırlar. Kəmalə xanım özü tək övladının qayğısına qalır və ailənin maddi durumu ondan asılıdır. 23 yaşlı oğlu İlkin polimerik iflic xəstəliyindən əziyyət çəkir. 2 yaşında ona qoyulan səhv diaqnoz və düzgün aparılmayan müalicə nəticəsində ayaqları tutularaq hərəkət imkanlarını itirib. İlkinin bədənin beldən aşağı hissəsi tam olaraq fəaliyyətsizdir. Kəmalə xanım günəmuzd işlədiyinə görə yaranan vəziyyətlə bağlı hal-hazırda gəlir əldə edə bilmir. Vəziyyətləri ağırdır.

Bu Rzayeva Günay Rüstəm qızıdır. Kənardan qüsursuz görünsə də Günay əlildir. O Qobustan qəsəbəsi massiv 1 ev 211 ünvanında anası Rzayeva Həbibə ilə yaşayır. Acınacaqlı ev şəraitində Həbibə xanım əlil övladından əlavə iki oğul da böyüdür. Ailə bir neçə il bundan öncə atasız qalıb. Həbibə xanım günəmuzd çalışanlardandır. Hazırda işsiz qalan ananın digər gəlir yeri yoxdur. Günayın dayısı 20 Yanvar hadisələrinində şəhid olub.

Şəkildə gördüyünü acınacaqlı vəziyyətdə olan 1 otaqlı həyət evində yaşayan Xanım Mirzalı qızıdır. Tək qadın daha əvvəl qardaşı ilə yaşayırdı. Qardaşı ona maddi kömək göstərirdi. Bir neçə il bundan öncə qardaşı rəhmətə gedib. Hazırda məlum vəziyyətlə bağlı 65 yaşlı qadın işsizdir və günəmuzd qazancından məhrum olub. Əlavə gəlir yeri isə yoxdur.

Şəkildə gördüyünüz Cəlilabad rayonunda qeydiyyatda olan, lakin Nizami rayonu Keşlə qəsəbəsi M.Ağayev küç 63/3 ünvanında yaşayan 2 uşaq anası Əmiraslanova Nərgiz Malik qızıdır. Ağır vəziyyətdə yaşayan ailənin övladları müəyyəm xəstəliklərdən əziyyət çəkir. Nərgiz xanımın 7 yaşlı qızının ürəyində tromb var, 5 yaşlı oğlu isə əsəb xəstəsidir. 30 yaşlı Nərgiz xanım özü Hepatit A daçıyıcısıdır. Xəstəliyi ilə əlaqədar heç bir yerdə işləmir. Gündəmuzd işləyən həyat yoldaşı ailənin yeganə gəlir mənbəyidir. O da hal-hazırda məlum vəziyyətlə əlaqədar işsizdir.

 

 

 

 

Digər xəbərlər
Bu gün
Dünən